Beyləqanda bədbəxt hadisə: Heyvanlarını otaran şəxsi ildırım vurdu
Beyləqan rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayonun İkinci Aşıqlı kəndi ərazisində, otlaq sahəsində 45 yaşlı Paşayev Sərdar Müzəffər oğlunu ildırım vurub. Sahədə mal-qaranı otararkən bədbəxt hadisə ilə üzləşən Sərdar Paşayev yerindəcə keçinib. Qeyd edək ki, bir neçə gün əvvəl Cəlilabad və Masallı rayonlarında da anoloji hadisələr baş verib.