Sərxoş sürücü 66 yaşlı qadını xəstəxanalıq etdi

Gəncə şəhər Təmizlik İdarəsinin işçisini maşın vurub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Haçıyev küçəsində baş verib. Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Doçenko Davud İvanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirib və maşını yolun kənarında olan divara çırpıb. Daha sonra avtomobil yolda təmizlik aparan, Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, 66 yaşlı Humay Musayevanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Doçenko Davud İvanoviç avtomobili idarə edərkən sərxoş olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli