Almaniya Bundestaqının üzvü: “Ümid edirəm ki, bütün Ermənistan ordusu Dağlıq Qarabağdan dərhal çıxacaq”

"Mən ümid edirəm ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayacaq". APA TV-nin məlumatına görə, bu sözləri ATƏT PA sessiyası çərçivəsində Bakıda səfərdə olan Almaniya Bundestaqının üzvü Filip Mibfelder deyib.

 

"Mən ümid edirəm ki, bütün Ermənistan ordusu Dağlıq Qarabağdan dərhal çıxacaq. Avropa, o cümlədən Almaniya bunun həyata keçirilməsi üçün aktiv rol oynaya bilər”.

 

"ASAN Xidmət"in Sabunçu rayon filialına baxış keçirən almaniyalı parlamentar dövlət orqanlarının ictimai təşkilatla bu dərəcədə əməkdaşlıq etməsini çox maraqlı hesab edir.

 

"Mən "ASAN Xidmətgəlməyimdən çox məmnun oldum. Dövlət orqanları bu təşkilatla əməkdaşlıq edir. Misal üçün, almanlar bir dövlət orqanından o birisinə getmək üçün çox zaman sərf edir. Burada isə hər şey bir gündə bir damın altında həyata keçirilir. Bu çox gözəl yenilikdir".

Müəllif | Apa.Tv