Tovuz sakini arıların hücumuna məruz qalıb
Tovuz sakini arıların hücumuna məruz qalıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun sərhəd kəndi Ağdamda baş verib. Kənd sakini bir uşaq anası, 24 yaşlı Gültəkin Mustafayeva həyətində arı yeşiyini götürüb başqa yerə köçürən zaman yeşik onun əlindən çıxıb və arılar dağılaraq ona hücum edib. Bir neçə yerindən arı sancan Gültəkin Mustafayeva allergiya verdiyindən onu Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Hazırda Reanimasiya şöbəsində müalicə alan zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.