Hollandiyadan möhtəşəm geri dönüş
Dünya Çempionatının ikinci turunda Hollandiya ilə Meksika qarşı-qarşıya gəlib. Qarşılaşma Fortaleza şəhərindəki "Castelao" arenasında baş tutub. Çətin tur mübarizəsini hakim Pedro Proença idarə edib.
Qarşılaşmanın ilk hissəsi heç-heçə bitib.
İkinci hissədə hər iki komanda təsirli hücumla oyuna başlayıblar.
49-cu dəqiqədə Meksika komandası adından Dos Santos hesabı açıb.
Oyunun sonlarına yaxın, 88-ci dəqiqədə Hollandiya millisi Sneyderin atdığı qolla hesabı bərabərləşdirib.
Oyunun vaxtına əlavə edilmiş 6 dəqiqədə Robbenin Marquezə etdiyi kobu hərəkətə hörə hakim Meksika qapısına penalti təyin edib. Penaltini şansını Huntelaar dəyərləndirərək komandasını hesabda önə keçirib. Oyunda başqa qol olmayıb və beləcə Hollandiya Meksikanı 2-1 hesabı ilə məğlub edib.