Azərbaycanda güclü zəlzələ olub

 

Azərbaycanda güclü zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-ə verilən xəbərə görə, zəlzələ iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb.

 

 İlkin məlumata görə, 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 5,2 maqnitudada hiss olunub. APA TV-nin Şimal-Qərb bürosundan verilən məlumata görə, güclü zəlzələ 5-6 saniyə hiss olunub. Zəlzələnin episentri Zaqatalada olsa da, təkanlar Gəncə, Mingəçevir, Şəki, Qax və Balakəndə də hiss olunub. Hələlik hər hansı dağıntı faktı qeydə alınmayıb.

 

 

Müəllif | Apa.Tv