İraq Rusiyadan 500 milyon dollara "SU-25"lər aldı

İraq Ordusu ilə İraq Şam İslam Dövləti (IŞİD arasındakı qarşıdurmalar Tikrit şəhərində davam edir. APA TV-nin məlumatına görə, ordu qüvvələri terrorçuların əlinə keçən şəhəri geri almaq üçün quru və hava əməliyyatlarına ara vermədən davam edir. Bu arada İran İŞİD-ə qarşı əməliyyatlara kömək edə biləcəyini bildirib. 
İŞİD terrorçuları Mosul, Telafer, Tikrit və Baxibə şəhərlərini və Suriya sərhədində strateji əhəmiyyətə sahib  nöqtələri ələ keçirib. Terrorçular Bağdada doğru irəliləyirlər.  İraq ordusu Bağdada gedən yollara postlar qurub.  Rusiyadan alınan  "SU-25" tipli döyüş reaktivlərinin ilk partiyası çatdırılıb.  İraq Hava qüvvələri komandiri Ənvər Hammam  İraqın aldığı təyyarələri yaxın günlərdə istifadə edəcəklərini bildirib.  Döyüş təyyarələri İraqa 500 milyon dollara başa gəlib.

 

 

Müəllif | Apa.Tv