Kosta Rika Yunanıstana penalti atışları ilə qalib gəldi

Dünya Çempionatının ikinci turunda Kosta Rika və Yunanıstan qarşı-qarşıya gəlib. APA TV-nin məlumatına görə, bu oyun həm də onların tarixdə ilk qarşılaşma olub.  Matçın ilk hissəsi heç-heçə bitib.

Qarşılaşmasın ikinci hissəsində, 53-cü dəqiqədə Kosta Rika Ruizin qolu ilə hesabda irəli keçib.  

Matçın vaxtına əlavə edilmiş dəqiqələrdə Sokratisin atdığı qolla Yunanıstan hesabı bərabərləşdirib.

 

120 +2-ci  dəqiqədə Yunanıstan mütləq bir qoldan yararlana bilməyib.
Uzatma dəqiqələrində hücuma üstünlük verən Yunanıstan penaltılarda axtardığını tapa bilməyib. Ardıcıl penalti atışlarında Gekas penaltıyı qaçırıb və Kosta Rika 5 də 5 edərək mübarizədən zəfərlə ayrılıb.

Müəllif | Apa.Tv