Paytaxtın Qaradağ rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax magistralının 15-ci kilometrliyində qeydə alınıb. "VAZ 21011" markalı avtomobil yol kənarındakı dərəyə yuvarlanıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Sürücünün üzərində sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Hadisə yerinə gələn Qaradağ rayon yol polisi inspektorlarının verdiyi məlumata görə, avtomobil Kürdəmir rayon Şor-Şor kəndi ərazisində qeydiyyatda olan Səfərov Zeynal Səfər oğluna məxsusdur. Lakin avtomobili idarə edənin həmin şəxs olduğu hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.