Siyəzəndə 22 yaşlı ər arvadını bıçaqlayıb
Siyəzəndə bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhəri, Babaverdi Dəmirov küçəsi 27 ünvanında yaşayan 1994-cü il təvəllüdlü İsgəndərova Səbinə Əbil qızına bədənin müxtəlif nayihələrinə çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin vəziyyəti kafi olduğu bildirilir.
Aparılan araşdırmalardan sonra 20 yaşlı qadınının həyat yoldaşı 1992-ci il təvəllüdlü Siyəzən şəhər sakini İsgəndərov Muradxan Bahadur oğlu bıçaqlandığı müəyyənləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib. Siyəzən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə mübahisə zəminində baş verib. Mübahisəyə səbəb həyat yoldaşının ondan xəbərsiz qaynatasıgilə getməsi olub.
Bundan əsəbləşən M. İsgəndərov qaynatasının evinə gələrək orada həyat yoldaşını bıçaqlayıb və hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.