Donetskdə Rusiyanın “Birinci kanal”ının operatoru öldürülüb
Donetskdə Rusiyanın “Birinci kanal”ının operatoru öldürülüb. “Birinci kanal” öz operatorunun Donetskdə öldüyünü təsdiqləyib. “RİA Novosti”nin verdiyi məlumata görə, telekanaldan bildiriblər ki, 68 yaşlı Anatoli Klyan qarın nahiyəsindən adlığı güllə yarası nəticəsində ölüb.
Məlumatı antiterror əməliyyatının keçirildiyi ərazidə fəaliyyət göstərən Rusiyanın “LifeNews” telekanalının müxbirləri də təsdiqləyib. Onların sözlərinə görə, A.Klyan və digər jurnalistlərin olduğu avtobus atəşə tutulub.