İŞİD: Kəbəni dağıdacağıq
İraq və Suriya ərazilərində "İraq və Şam İslam Xilafəti" qurduğunu bəyan etmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması növbəti hədəfinin Səudiyyə Ərəbistanı olduğunu bəyan edib. "Əl-Ərəbiyə" telekanalının yaydığı məlumata görə, Twitter-dəki "əbu Turab əl-Müqəddəsi" (n8smyh) adlı istifadəçinin profilində belə yazılıb: "Allahın izni ilə şeyximiz və xəlifəmiz əl-Bağdadinin rəhbərliyi ilə Məkkədə daşlara ibadət edənləri öldürəcək, Allahın yerinə ibadət olunan Kəbəni dağıdacağıq".
Bildirilir ki, İŞİD əl-Ənbar səhrasını keçərək, Səudiyyə Ərəbistanındakı Ərur şəhərini alacaq. Bu barədə isə İŞİD-in Twitter səhifəsində yazılıb.
"Vallahi ki, sıralarımızda Əbu Turab əl Müqəddəsi adlı adam yoxdur və olmayıb. Kəbə ilə bağlı yazılanların bizimlə əlaqəsi yoxdur", - İŞİD-in açıqlamasında deyilir.
Bundan sonra "Əbu Turab əl-Müqəddəsi" profili bağlanıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, İŞİD Səudiyyə Ərəbistanının Ərur şəhərini nəzarət altına almaq və buradan əməliyyatlara başlamaq niyyətindədir.