Üç yeni İnstitut yaradılır
AMEA üzvlüyünə seçkilər üzrə Ümumi Yığıncaq keçirilir. Tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Administrasiyanın humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Akademiyanın prezidenti Akif Əlizadə və digər alimlər iştirak edib.
APA TV-nin xəbərinə görə, tədbirin gündəliyini açıqlayan Akif Əlizadə bildirib ki, müzakirələr AMEA-nın yeni Nizamnaməsinin layihəsi, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” və Akademiyada 3 institut yaradılması haqqında olacaq.
Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması AMEA-nın Dünya Siyasəti İnstitutunun və AMEA-nın Elm Tarixi İnstitunun yaradılması haqqında qərar qəbul edilib.
İclasda AMEA-nın üzvlüyünə seçkilər keçirilməsi nəzərdə tutulur.