Qəbələdə kikboksinq üzrə beynəlxalq turnir başa çatdı
Qəbələdə kikboksinq üzrə keçirilən “Glory Ranked Fights" beynəlxalq turniri başa çatıb. APA TV-nin məlumatına görə, əvvəlcə aşağı çəkidə olan idmançılar arasında 5 döyüş olub. Aşağı çəkidə olan döyüşçülərin final qarşılaşmasında Ramal Aslanov (Azərbaycan) - Yuri Kel (Almaniya) yarışıb. Hakimlərin qərarı ilə Yuri Kel qalib elan olunub.
Sonra yarışın ən maraqlı hissəsi başlayıb. Bu mərhələdə ağır çəkidə olan tanınmış idmançıların döyüşləri olub. Mosab Amrani (Mərakeş), Pərviz Abdullayev (Azərbaycan), Hesdi Gerges (Misir) qalib adını qazana biliblər. İdmançılara kubokları Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti və Fövqəladə Hallar Nazirliyi İdman Klubunun rəisi Füzuli Musayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və "Qəbələ" idman klubunun vitse-prezidenti Fariz Nəcəfov təqdim edib.