FHN Zaqatalada baş verən zəlzələ ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatalada baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

 

APA TV-nın verdiyi xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 iyun 2014-cü il tarixində Bakı vaxtı ilə saat 22:26-da Zaqatala rayonundan 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

 

Yeraltı təkanların gücü episentrdə 6,0 bal olub. Yeraltı təkanlar zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 6,0 bala qədər hiss olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı