Güclü külək davam edəcək

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti sabahadək davam edəcək. Sabahdan etibarən külək mülayimləşəcək, yağışlar tədricən kəsiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, iyulun 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Gün ərzində şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcəyədək isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv