Azay Quliyev: "ATƏT nə qədər böyük səhv etdiyini başa düşür"
“ATƏT Parlament Assambleyasının komitə iclasında müzakirə edilən “Helsinki+40: Hər bir insanın təhlükəsizliyinə doğru” qətnamə layihəsinə münaqişələrin həllinin ölkələrin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı maddə daxil edilib.
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev deyib. Onun sözlərinə görə, başqa bir maddə bəzi ölkələrin qondarma referendumlar yolu ilə Ukrayna və Azərbaycanın timsalında digər ölkələrin ərazisinin işğalını rəsmiləşdirməyə çalışması ilə bağlıdır. Burada isə xalqların öz müqəddəratını təyin etmə maddəsini əsas gətirirlər: "Bir çox erməni siyasətçi bundan istifadə edir. Biz dəfələrlə bu barədə çıxış etmişik. Ukrayna hadisələrindən sonra vəziyyət daha da aydınlaşıb. İndiyə kimi Azərbaycanın bu çağırışına məhəl qoymayan beynəlxalq təşkilatlar, o cümlədən ATƏT indi başa düşür ki, nə qədər böyük səhv edib, vaxtilə Azərbaycanın qaldırdığı bu məsələyə etinasızlıq göstərib".
Dəyişikliklərə əsasən, bu cür referendumlar yalnız həmin ölkələrin qanunlarına, Konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilə bilər.
Qətnamə layihəsi ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsində qəbu
İnsan haqları və humanitar məsələlər komitəsinin iclası zamanı da Ermənistan nümayəndə heyəti tərəfindən gündəliyə çıxarılan qətnamə layihəsinə dəyişiklik tələbi irəli sürülüb. Artaşes Geqamyan layihəyə “xalqların öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı düzəliş təklif edərək bunun regionda insan təhlükəsizliyinin təminatı kimi qəbul edilməsini istəyib. Lakin onun təklifi qəbul edilməyib.
Bundan başqa, Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında Rusiyanın Ukrayna ilə bağlı irəli sürdüyü təklif qəbul olunub. Düzəlişdə Ukraynada son hadisələr zamanı, xüsusilə də 2 may 2014-cü il tarixində Odessada insanların kütləvi, faciəli ölümü ilə bağlı beynəlxalq hüquq təşkilatlarının iştirakı ilə obyektiv, hərtərəfli və açıq istintaqının aparılması təklif olunub.
ABŞ və bir sıra avropalı deputatların etirazına baxmayaraq, səsvermə zamanı bitərəflər istisna olmaqla, 25 lehinə, 23 əleyhinə olmaqla düzəliş qəbul edilib. Səsvermədə Ukrayna da lehinə səs verib və belə araşdırmasının aparılmasının tərəfdarı olduğunu bildirib. Azərbaycan isə bitərəf qalıb.