ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır

ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında "Helsinki+40: İnsan təhlükəsizliyinə doğru" qətnamə layihəsinə Krımla bağlı düzəlişlər qəbul edilib. APA TV-nin xəbərinə görə, düzəlişdə ATƏT Parlament Assambleyası Rusiyanı Ukraynanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin ilhaqını (anneksiya) ləğv etməyə çağırır. Düzəliş isə Ukrayna nümayəndə heyəti tərəfindən təklif olunub.

 

Qəbul edilən referendumla bağlı Rusiya tərəfindən təklif edilən digər düzəlişə əsasən üzv dövlətlərin vətəndaşlarının milli qanunvericilik çərçivəsində və beynəlxalq standartlara uyğun referendum keçirmək hüququ təsdiq edilir.

 

Sonda  “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsi komitələr tərəfindən qəbul olunub. 

 

Müəllif | Apa.Tv