Xaçmazda 24 yaşlı gənc bıçaqlandı

Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, rayonunun Yeni Sudur kənd sakini, 24 yaşlı Əliusmanov Roman Şükür oğlu müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub. Zərərçəkənə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

R.Əliusmanovu bıçaqlayan şəxsin tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv