Almaniya Əlcəzairin müqavimətini əlavə hissələrdə qıra bildi

 

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Almaniya və Əlcəzair milliləri qarşılaşdılar. Oyunun əsas vaxtında komandalardan heç biri fərqlənmədi. Qarşılaşmanın taleyi əlavə edilən 15 dəqiqəlik hissələrdə həll olundu.

 

Birinci əlavə hissənin əvvəlində Almaniya millisi hesabı açdı. 92-ci dəqiqədə Andreas Şürrle fərqləndi.

 

İkinci əlavə hissənin sonlarında isə Almaniya millisinin türk futbolçusu Məsud Özil komandasının üstünlüyünü iki topa çatdırdı.

 

Son saniyələrədək təslim olmaq istəməyən Əlcəzair millisinin gücü yalnız təsəlli qoluna çatdı. Cabu 121-di dəqiqədə hesab arasındakı fərqi azaltdı: Almaniya 2 - Əlcəzair 1.

 

Qeyd edək ki, qarşılaşmanın 72-ci dəqiqəsində Almaniya millisinin müdafiəçisi Mustafi zədələndi. Yerə yıxılan futbolçu meydandan xərəkdə aparıldı.

 

Əlcəzair yığması üzərində çətin qələbə qazanan Almaniya millisi növbəti mərhələyə çıxdı. Almanların 1/4 final mərhələsindəki rəqibi fransızlar olacaq.

 

Müəllif | Apa.Tv