Təkrar buraxılış imtahanlarında iştirak edənlərin yarıdan çoxu "2" alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.
XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar. 1569 IX sinif şagirdindən 54-ü “Ana dili”, 62-si isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 145-nin “Ana dili”, 133-nün “Riyaziyyat” fənnindən qiyməti “4”, 678-nin “Ana dili”, 616-nın “Riyaziyyat” fənnindən qiyməti “3”, 692-nin “Ana dili”, 758-nin isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.
11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələri isə belədir. İmtahanlarda iştirak edən 2689 XI sinif şagirdindən 13-ü “Ana dili”, 31-i “Riyaziyyat” fənnindən “5”, 112-si “Ana dili”, 106-sı “Riyaziyyat” fənnindən “4”, 965-i “Ana dili”, 896-sı “Riyaziyyat” fənnindən “3”, 1599-u “Ana dili”, 1656-sı isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.
Beləliklə, eksternat və təkrar buraxılış imtahanında XI sinif şagirdlərinin 50%-dən çoxu “2” alıb.