Qızını həbsdən çıxarmaq üçün borc aldı və öldürüldü - TƏFƏRRÜAT

Paytaxtın Binəqədi rayonu ərazisindəki istirahət parklarından birində baş verən qətl hadisənin təfərrüatları məlum olub. 47 yaşlı Şəhriyar Əhədov tikintidə bir yerdə işlədiyi dostu, 50 yaşlı Namiq Ağayevi parkın ortasında bıçaqlayaraq öldürdüyünü ibtidai istintaqa ifadəsində təsdiqləyib. Onun sözlərinə görə, 6 ildən çoxdur tanıdığı Namiqi borcunu qaytarmadığına  görə bıçaqlayıb: "Ona dedim ki, pulu versin, əvəzində söyüş söydü, mən də vurdum".

 

Təqsirləndirilən şəxs dostuna 5 min manat verdiyini deyib: "İl yarım əvvəl Namiqə 5 min manat vermişdim. Guya həbsdəki qızını çıxarmaq üçün aldı o pulu. Amma heç nə eləmədi, pulumu da qaytarmadı».

 

İstintaqla müəyyən olunub  ki, bıçaq yarası alan mərhum köməksiz vəziyyətdə qalıb, parkda çoxlu qan itirərək ölüb.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv