Fransanın eks-prezidenti Nikola Sarkozi həbs oluna bilər

Fransanın keçmiş prezidenti ölkəyə rəhbərlik etdiyi dövrdə vəzifəsindən sui-istifadə etməkdə və səlahiyyətlərini aşmaqda ittiham edilir. O, artıq ifadəsinin  alınması üçün polis idarəsinə çağırılıb. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Sarkozi bu səhər Paris ətrafında yerləşən Nantere şəhərindəki istintaq idarəsinə dəvət olunub. Keçmiş dövlət başçısının vəkili də sorğu-sual zamanı müdafiə etdiyi şəxsin yanında olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv