"Boko Haram"dan növbəti terakt: 56 ölü

Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərinin mərkəzi bazarında partlayış törədilib. APA TV-nin məlumatına görə, partlayış nəticəsində 56 nəfər həlak olub.

Partlayıcı maddənin kömür yerləşdirilmiş furqonda quraşdırıldığı təxmin edilir.

Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur. Qeyd edək ki, Nigeriyanın şimalında fövqəladə vəziyyətə baxmayaraq, “Boko Haram” əvvəlki kimi regionda çox aktivdir.

 

Keçən həftə Abudje şəhərində 20-dən çox insanın həlak olması ilə nəticələnən partlayışın təşkilində də “Boko Haram”dan şübhələnirlər.

Müəllif | Apa.Tv