Belçika ABŞ-ı 2:1 hesabı ilə məğlub edib

Dünya çempionatının ikinci turunda Belçika ilə ABŞ qarşı-qarşıya gəlib. APA TV-nin məlumatına görə, "Fonte Nova" arenasında baş tutan oyunun 90 dəqiqəlik hissəsi heç-heçə bitib.

Uzatma dəqiqələrində Belçika 2 ABŞ isə 1 qol vurub.

İlk qol 93-cü dəqiqədə belçikalı Bruynedən gəlib.  

Daha sonra Belçika Lukakunu atdığı qolla fərqi ikiyə çıxarıb.

107-ci dəqiqədə ABŞ-ı ümidləndirən qol gəlib. Qola Green imza atıb.

Oyunda başqa qol olmayıb və Belçika Amerikanı 2-1 hesabı ilə məğlub edərək adını 1/4 finala yazdırıb.

 

Müəllif | Apa.Tv