Bakıda bomba həyəcanı yaşandı


Paytaxt kafelərinin birində bomba həyəcanı yaşanıb. Nizami rayonundakı kafelərdən birində partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. APA TV-nin nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-nin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. 

 

Müəllif | Apa.Tv
Apa.tv