Göyçayda minik avtomobili belə yandı

Göyçayda minik avtomobili yanaraq yararsız hala düşüb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gecə radələrində Göyçayın Cəyirli kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 39 yaşlı Famil Qədirova məxsus  dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobilinin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda genişlənib. Nəticədə avtomobilin salon hissəsi də yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilərək yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov