Paytaxtın bir neçə küçəsi bağlanıb, bəzi rayonlara qaz verilməyəcək

Bakının bir neçə küçəsinə nəqliyyatın girişi məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır. Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmək tövsiyə olunur. Bundan əlavə paytaxtın bir neçə rayonuna qaz verilişi də dayandırılacaq. "Azəriqaz" QSC-dən verilən məlumata görə, Bakının Yasamal, Xətai və Sabunçu rayonlarının qala təchizatında məhdudiyyətlər qoyulacaq. Qurumdan bunu aparılan təmir işləri ilə əlaqələndiriblər. Qobustan və Abşeron rayonlarında da mavi yanacağın verilişində fasilələr yaranacaq.
 

Müəllif | Apa.Tv
Apa.tv