Azərbaycanlı avtoritetlə "sxodka"ya gedən gürcü "qanuni oğru" tutuldu

Rusiya polisi Moskva ətrafındakı Klin şəhərində 31 yaşlı Gürcüstan vətəndaşı, kriminal aləmdə "Beso Rustavski" ləqəbi ilə tanınan Besik Kvinixidzeni həbs edib. Saxlanılan şəxs iyunun 9-da Türkiyədə asayiş keşikçisinin ölümü ilə nəticələnən məlum "oğru sxodkası"nın iştirakçılarındandır. Həmin vaxt “Rıjiy Albert” və “Zaur Naxçıvanskiy” ləqəbli avtoritetlər, Namiq, “Lyoxa İrkutskiy”, “Beso Rustavskiy” ləqəbli “qanuni oğrular” arasında atışma olub. Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün “Alber Rıjiy”ı Türkiyəyə “sxodka”ya çağırıb. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək “Beso” və “Lyoxa”nı qiyabi olaraq titullarından məhrum edib. Bundan sonra “qanuni oğrular” Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər. Opponentləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert kömək üçün “Rövşən Lənkəranskiy”ə müraciət edib və Rövşən kömək göstərməyə razılıq verib. Albert Ədirnəyə “Rövşən Lənkəranski”nin ad verdiyi Zaurla gedib. Ədirnədə onları “Beso”, “Lyoxa” və Namiq qarşılayıb. Orada Albertə artıq “qanuni oğru” olmadığı elan edilib və döyülüb. Nəticədə atışma olub, APA TV-nin məlumatına görə, həmin vaxt Ədirnə şəhərində “qanuni oğrular”ın toplantısı zamanı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı öldürülüb. Öldürülən polis Albertin mühafizəçisi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olub. 

Müəllif | Apa.Tv
Apa.tv