Azərbaycanda yenə zəlzələ oldu

Bu gün Qubada zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 12.49-da Siyəzəndən 18 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2, dərinliyi 2 kilometr olub. Zəlzələ hiss olunmayıb.

Qeyd edək, iki gün öncə Zaqatala və Balakəndə də güclü yeraltı təkanlar baş vermişdi. AMEA Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli afterşokların davam edəcəyini, lakin bu təkanların heç bir dağıdıcı gücə malik olmayacağını bildirmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv