Zaqatalada ağırtonnajlı avtomobil ağaca çırpıldı

Zaqatalada ağırtonnajlı yük maşını qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Ucar rayonu Lək kənd sakini, 1980-cı il təvəllüdlü  Teymur Qurban oğlu Qəmbərov idarə etdiyi “Shagman" markalı maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra yük maşınının kabina hissəsində tüstülənmə baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Qəza nəticəsində xəsarət alan sürücü Teymur Qəmbərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Fakla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov