Masallıda faciə: 3 uşaq göldə batdı! Batanlardan ikisi qardaşdır

 

Masallıda faciə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 2-də saat 18:30 radələrində rayonun Tiyəqani kəndində qeydə alınıb. Rayonun Tüklə kənd sakinləri - 9 yaşlı  İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı, 7 yaşlı Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 10 yaşlı Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar. Uşaqların suda batdığını ilk görən yaxınlıqda mal-qara otaran çoban olub. Hadisə barədə xəbər tutan yerli sakinlər hamılıqla hadisə yerinə yollanıblar. Onların axtarışları nəticəsində  uşaqların meyitləri göldən çıxarılıb valideynlərinə təhvil verilib.

Hazırda faktla bağlı rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, boğulan iki qardaş - İlkin və Ələsgər Quluzadə 10 yaşlı Qadir Mehdiyevlə yaxın qohumdur.

 

Müəllif | Apa.Tv