Tovuzda sərxoş gənci qatar vurdu: bir qolu və üç barmağı kəsildi
Tovuz rayonunun Qovlar şəhərində 29 yaşlı gənci qatar vurub. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-ya qərb bürosuna verilən məlumata görə, 1985-ci il təvəllüdlü Babək Hüseynovu sərxoş vəziyyətdə dəmir yolu xəttini keçərkən qatar vurub.
Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu və sol əlindən 3 barmağını amputasiya ediblər.
Hazırda Tovuz Mərkəzi Rayon Xəstəxanasında müalicə alan zərərçəkənin səhhətini həkimlər kafi qiymətləndirir.