Ukrayna ordusu 2,5 aydakı itkilərini açıqladı: 200 ölü, 619 yaralı
Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirləri ATƏT-i Rusiyanın sərhəd məntəqələrinə müşahidəçilərin yerləşdirilməsi üçün bütün lazımi addımları atmağa çağırıblar. Dörd ölkənin xarici siyasət idarələri rəhbərlərinin Berlindəki danışıqlarının yekununda qəbul edilən birgə bəyannamədə belə deyilir. Sənədə görə, Moskvanın dəvətinə uyğun olaraq, "Qukovo" və "Donetsk" sərhəd məntəqələrində ATƏT müşahidəçiləri yerləşdirilməlidir. Tərəflər təhlükəsizlik şərtlərini təmin etməlidirlər.
Nazirlər hesab edirlər ki, bu addım Rusiya-Ukrayna sərhədinə effektli nəzarətə yardım edəcək.
Ukraynada isə ordunun antiterror əməliyyatları davam edir. Ötən gecə Luqansk vilayətinin Metallist qəsəbəsində artilleriya döyüşləri qeyd alınıb.
Bu arada isə Ukrayna ordusunun son 2,5 aydakı itkiləri açıqlanıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Lısenko bildirib ki, aprelin 15-dən etibarən antiterror əməliyyatlarında 200 hərbçi ölüb, 619 nəfər yaralanıb.
Lısenko qeyd edib ki, iyulun 1-ində atəşkəsin dayandırılmasından sonra sonra ölkənin şərqində keçirilən antiterror əməliyyatlarında 5 hərbçi ölüb, 31-i yaralanıb.