Cəbhədə atışma: Azərbaycan Ordusunun əsgərini yaralandı
Erməni silahı bölmələri atəşkəsi pozaraq Azərbaycan Ordusunun əsgərini yaralayıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, düşmənin atəşkəsi pozması nəticəsində 1996-cı il təvəllüdlü əsgər Məmmədov Elsevər Həsən oğlu yaralanıb. Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgərin vəziyyəti kafidir.