Zaqatalada ağır yol qəzasında bir nəfər yaralanıb

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb . Yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 106-cı kilometrliyində, Lahıc çayı üzərindəki körpüdə baş verib. 1989-cu il təvəllüdlü, Balakən şəhər sakini Fərrux Fərhad oğlu Məsiyev idarə etdiyi “VAZ 21099” markalı «07 BA 105” dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olan Gürcüstanın Laqodexi rayon sakini, Papiaşvili Quram Vladimiroviçin idarə etdiyi “RSR 956” Gürcüstan dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərrux Məsiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Fərrux Məsiyevin vəziyyəti orta-ağır hesab olunur.

Müəllif | Apa.Tv
Vüqar Heydərov