Rusiyada “FSB” əməkdaşına 500 min rüşvət verən azərbaycanlı haqqında 4,5 il həbs qərarı!

Volqoqradda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşına 500 min rubl rüşvət təklif edən 39 yaşlı Azərbaycan vətəndaşı İntizam Salahovun məhkəməsi başa çatıb. APA TV-nin məlumatına görə, məhkəmə azərbaycanlı iş adamının 4,4 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi və 30 milyon rubl cərimə olunması barədə qərar qəbul edib. Rusiya TƏhqiqat Komitəsinin Volqoqrad vilayət idarəsindən bildiriblər ki, İntizam Salahov ötən il Federal Miqrasiya Xidmətinə Türkiyə vətəndaşlarına işləmək hüququ verilməsi ilə bağlı 500-dən artıq ərizə təqdim edib. Araşdırma zamanı xarici vətəndaşların infeksion xəstəlik daşıyıcısı olmadığı barədə ərizələrə əlavə edilən tibbi arayışların saxta olduğu müəyyənləşib. İntizam Salahov məsələni ört-basdır etmək üçün Federal Təhlükəsizlik Xidmətinin əməkdaşına 500 min rubl rüşvət verərkən saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv