Meteohəssas insanlar üçün xoş xəbər!

İyulun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcəyədək isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Müəllif | Apa.Tv
Apa.tv