“Galatasaray” Prandelli ilə danışıqlara başladı

Türkiyənin “Galatasaray” klubu İtaliya yığmasının sabiq baş məşqçisi Cezare Prandelli ilə danışıqlara başlayıb. Mövsümün sonunda italyan məşqçi Roberto Mançini ilə yollarını ayıran klubun rəhbərliyi bu müddət ərzində bir neçə mütəxəssislə danışıqlar aparsa da, nəticə hasil olmayıb. Klubun tabeliyində olduğu “Galatasaray Sportif” səhmdar cəmiyyəti bu gün birjaya verdiyi məlumatda Prandelli ilə danışıqlara başladığını rəsmən təsdiqləyib. Klub danışıqların nəticəsi barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat verəcək.

Qeyd edək ki, İtaliya yığmasına rəhbərlik edən Cezare Prandelli komandanın qrup mərhələsində uğursuz çıxışından sonra tutduğu postdan istefa verib və bir daha heç bir şərt daxilində milli komandanı çalışdırmayacağını deyib.

Müəllif | Apa.Tv
Apa.tv