İŞİD girov saxladığı 32 türk sürücünü sərbəst buraxdı


İŞİD terrorçularının girov götürdüyü Türkiyəli 32 TIR sürücüsü sərbəst buraxılıb. APA TV-nin məlumatına görə, tutulan sürücülərdən Serdar Bayar DHA-ya "bu sabah bizə sizi azad edəcəyik, əşyalarınızı yığın" dedilər. Əşyalarımızı topladıq, bizi Kürd bölgəsinə doğru apardılar" deyə bildirib. Sürücülər bir avtomobilə mindirilərək Mahmura gətirilib. Onların axşam saatlarında Habur sərhəd məntəqəsinə gəlmələri gözlənilir. Azad olunan sürücüləri qarşılamaq üçün ailələri Habura gediblər. Qeyd edək ki, TIR sürücüləri iyunun 9-da Mosulun Geyara rayonunda tutulub. Həmin vaxtdan onların qaytarılması üçün danışıqlar aparılıb. Nəticə bu gün əldə olunub. Sürücülər azad edilsə də, avtomobilləri geri qaytarılmayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv