Taliban prezidentin helikopterini vurdu
Əfqanıstan prezidenti Həmid Kərzayın helikopteri ölkənin paytaxtındakı aeroportun raket atəşinə tutulması nəticəsində yanıb. APA TV-nin verdyi xəbərə görə, bu barədə aeroportun hərbi hissəsinin komandiri Abdulla Vahab Vardak bildirib. Məlumata görə, helikopter uçuş zolağında olarkən raketə tuş gəlib.
Dövlət başçısının hücum zamanı helikopterdə olub-olmaması barədə məlumat yoxdur.
“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.