“İnter" Moldovadan qələbə ilə qayıdır
UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk matçları çərçivəsində Bakının "İnter" futbol klubu Moldovanın "Tiraspol" komandası ilə səfərdə qarşılaşıb.
APA TV-min məlumatına görə, Tiraspol - İnter matçında hesab 2-3 hesabı ilə bakılıların xeyrinə qurtarıb. Moldovalıların qapısından qolları 8-ci dəqiqədə Bachana Tskhadadze , 10-cu dəqiqədə isə Elvin Məmmədov keçirib. 3-cü qolu tiraspollu Andrey Novikov (70-ci dəqiqə) öz qapısından keçirib. Yerli komandanın təsəlli qoluna isə 78-ci dəqiqədə Andrey Novikov imza atıb. 2-ci qolu "İnter"in qapısından 88-ci dəqiqədə Georgi Karaneyçev keçirib. Oyunda baş qol olmayıb və matç 3-2 hesabı ilə İnterin xeyrinə başa çatıb.