Poroşenko şərtlərini açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ vitse-prezidenti Cozef Baydenlə söhbət zamanı ölkənin şərqində separatçılarla atəşkəs rejimini bərpa etməyə hazır olduğunu bildirib. APA TV-nin verdiyi xəbərə görə, Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş məlumata əsasən, Poroşenko atəşkəs rejiminin bərpasının 3 şərtə əməl olunduqdan sonra mümkün olacağını qeyd edib. Atəşkəs rejiminə ikitərəfli formatda əməl olunacağının təsdiqlənməsi, girov saxlanılan bütün şəxslərin azad edilməsi və sərhədə  ATƏT-in monitorinqi əsasında nəzarətin bərpası Poroşenkonun şərtlərinə daxildir.

Poroşenko siyasi danışıqların başlanması üçün heç bir əlavə şərtin tələb olunmadığını əlavə edib.  

Müəllif | Apa.Tv