İŞİD İraq və Suriyada ən böyük neft emalı zavodlarını ələ keçirdi!

İŞİD İraqın ardınca Suriyada da ölkənin ən böyük neft emalı zavodunu ələ keçirib. APA TV-nin məlumatına görə, artıq bölgənin ən böyük iki neft emalı zavodu terrorçuların əlindədir. Suriyanın neft yataqlarına nəzarəti ələ keçirən İŞİD neft emalı zavodunu heç bir müqavimət olmadan ələ keçirdiyini açıqlayıb. Açıqlamada bildirilir ki, İraq ərazisində olduğu kimi Suriyada da İŞİD qüvvələri ciddi müqavimətlə üzləşmirlər. Artıq terrorçular İraq sərhədində yerləşən Deyr əz-Zor və Əbu Kamal qəsəbələrini tam nəzarətə götürüblər. Qeyd edək ki, İŞİD İraqın Beyci neft emalı zavodunu ələ keçirdikdən sonra İraqın şimalında ciddi benzin qıtlığı yaranıb. İraq ordusunun zavodu geri qaytarmaq cəhdləri hələlik nəticə verməyib.
 

Müəllif | Apa.Tv
Apa.tv