Ukraynanın sabiq baş naziri beynəlxalq axtarışa verildi
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov beynəlxalq axtarışa verilib.
APA TV-nin məlumatına görə, Ukrayna Baş Prokurorluğu vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə iyun ayında keçmiş baş nazir haqqında cinayət işi başlayıb.
Nikolay Azarov eyni zamanda çirkli pulların yuyulmasında ittiham olunur.
Qeyd edək ki, Nikolay Azarov 2010-2014 Ukraynanın baş naziri postunu tutub.