Hərbi hissədə insident: əsgər əsgəri güllələdi!
Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Elnur Bəxtiyar oğlu Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşı, əsgər Vurğun Mayis oğlu Əliyevə dəyib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA -ya faktı təsdiqləyiblər. Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.