Siyəzəndə qəza: 18 yaşlı gənc maşının altında qaldı

Siyəzən rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhər sakini Seymur Qədirov idarə etdiyi “90 LS 578” qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə 1996-cı il təvəllüdlü Şabran rayon sakini Mirzəyev Vasif Namiq oğlunu vurub.
Ağır xəsarətlər alan 18 yaşlı gənc Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 

Müəllif | Apa.Tv
Vəli Turan