Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisindən keçən kiçik çayda kişi meyiti tapılıb. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, aparılan araşdırma zamanı cəsədin 1965-ci il təvəllüdlü Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, Mirzəyev Məzahirə məxsus olduğu məlum olub. Onun meyiti morqda müayinə olunub. Mərhumun ölüm səbəbi hələlik məlum deyil. Məzahir Mirzəyevin uzun müddətdir tüfeyli həyat keçirdiyi və spirtli içki aludəçisi olduğu bildirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.