Ukrayna səfiri: “Bizə qarşı döyüşənlərin heç biri Ukrayna vətəndaşı deyil”
"Hazırda Ukraynada vəziyyət gərgin olaraq qalır. Baxmayaraq ki, Ukraynanının yeni seçilmiş prezidenti Pyotr Poroşenko " Sülh planı" imzalayıb, silahlı qarşıdurmalar hətta bu planın gerçəkləşməsinə belə imkan vermədi. Ukraynada nəinki siyasi qarşıdurmalar davam edir, hətta deyərdim ki, dinc əhaliyə qarşı da atəş açılır. Hər halda 20 nəfər dinc sakinin ölümü, 100 nəfərin yaralanması buna əyani sübutdur. Məhz bu səbəbdən də Ukrayna prezidenti separatçı qüvvələrə qarşı güc tətbiq olunması ilə bağlı əmr verib. Əmin olduğum bir faktı deyə bilərəm ki, bu hadisələri törədənlərin heç biri Ukrayna vətəndaşları deyil". Bu sözləri APA TV -yə müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri deyib.
"Kreml Ukraynada güya vətəndaş müharibəsi getdiyini bəyan edir. Bu sadəcə düşünülmüş yalandır. Bu, Rusiyanın SSRİ dövründə istifadə etdiyi yalanların tərkib hissəsidir”. Ukrayna müstəqil ölkədir. Hesab edirəm ki, Ukrayna xalqı öz müqəddəratını həll etmək hüququna malikdir".
Ukraynanın şərqində baş verən hadisələrə gəlincə diplomat qeyd edib ki, hazırda orda muzdlu əsgərlər orduya qarşı vuruşur: SİTAT "Ukraynanın şərqində olan milli azlıqlar isə bu vəziyyətdən istifadə edir. Çünki onlar düşünür ki, Ukraynanın şərqi də Rusiya Fedarasiyasına birləşəndə, bu, onlar üçün daha yaxşı olacaq. Çox təəssüflər ki, məhz bu separatçı qüvvələrə muzdlu əsgərlər dəstək verir. Onlar isə bunu hələ də anlamır”.
"Moskva Ukrayna ilə yenidən münasibətlərini yumşaltdığını bəyan etsə də , muzdlu əsgərləri silahlandırmağa davam edir. Əgər belə deyilsə, sərhəddə nəzarəti gücləndirsinlər. Muzdlu əsgərlərin və digər maraqlı qüvvələrin Ukraynanın şərqinə keçməsinə ciddi maneələr yaratsınlar. Axı Rusiyanın bütün bunları həyata keçirməyə gücü var”.
Aleksandr Mişşenko qeyd edib ki, əgər ATƏT üzvü olan ölkələr Rusiyaya qarşı siyasi güc tətbiq etmək gücündə olsalar, onda müsbət addım atıla bilər.