Almaniya millisi yarımfinalda!

Futbol üzrə Almaniya millisi dünya çempionatının 1/4 final qarşılaşmasında Fransa yığmasını məğlub etdi. Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilən qarşılaşma almanların 1:0 hesablı qələbəsi ilə başa çatdı.

 

Oyunun 13-cü dəqiqəsində hesabı Almaniya millisinin müdafiəçisi Mat Hummels açdı.

 

Bu qol oyunda birinci və sonuncu oldu. Beləliklə, Almaniya millisi yarımfinala vəsiqə qazandı.

 

 

 

 

Müəllif | Apa.Tv